Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.01.2026 17:29
Bu il Ağdərənin Heyvalı və Çıldıran kəndində ümumilikdə daha 80 ev bərpa ediləcək
Ağdərə rayonunun Heyvalı kəndində il ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Bu barədə Prezident İlham Əliyevə kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verilərkən deyilib. Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır.Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.Çıldıran kəndində isə daha 30 evin bərpası planlaşdırılır.Kənddə 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib.Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb.
- Baxış: 74
