Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.01.2026 15:34
Bu il Ağdərənin Çapar kəndində daha 23 ev bərpa ediləcək
Bu il Ağdərə rayonunun Çapar kəndində daha 23 ev bərpa ediləcək. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısı İlham Əliyevə kənddə görülmüş işlər barədə məlumat verərkən deyib. Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır.
- Baxış: 48
