Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.01.2026 11:51
Qarabağ və Şərqi Zəngəzur zəngin turizm potensialına malikdir
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın məqsədlərindən biri kimi, “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilib. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir. Bu barədə Dövlət Turizm Agentliyindən AZƏRTAC-a məlumat verilib.
- Baxış: 76
