Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.01.2026 11:49

Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.Qış mövsümünə xas olan qeyri-sabit hava şəraiti yol hərəkətində, xüsusilə piyadalar üçün ciddi təhlükələr yaradır.Gün işığının qısa olması, yağıntılar nəticəsində yol örtüyünün sürüşkənliyi və görünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin riskini artırır.Bu cür hadisələrin baş verməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəfil şəkildə yolun hərəkət hissəsinə çıxması və piyada keçidlərinə laqeyd yanaşması əsas amillərdən biridir.Yol hərəkəti təhlükəsizliyi hər kəsin şəxsi məsuliyyətidir. Hər bir piyada öz həyatının və sağlamlığının qorunmasına ciddi yanaşmalı, yol hərəkəti qaydalarına əməl etməli və xüsusilə əlverişsiz hava şəraitində daha diqqətli və ehtiyatlı davranmalıdır.Unutmayaq ki, yolda atılan hər bir yanlış addım ağır nəticələrə səbəb ola bilər, qaydalara əməl etmək isə həyatın qorunmasının əsas şərtidir.