Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.01.2026 17:28
Xırdalanda "Range Rover"ə 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Bakının Xırdalan şəhərində "Range Rover" markalı avtomobilin şüşələrini və arxa farasını sındıran, eləcə də şinlərini yararsız hala salaraq əmlaka 11 min manat maddi ziyan vuran 22 yaşlı C.Hüseynov saxlanılıb.
Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 65
