Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.01.2026 11:54

Bakıda iranlı narkotacirdən marixuana almış şəxs saxlanılıb

Polis narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. Cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb. Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. Emil Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İbo adı ilə tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.