Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.01.2026 11:51
Tərtərdə odlu silah satmaqda şübhəli bilinən şəxs həbs olunub
Tərtər Polisinin keçirdiyi əməliyyatla odlu silah və narkotik maddələrin satışını təşkil edən, əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb. Ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. Q.Əhmədov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
- Baxış: 92
