Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.01.2026 11:51

Amnistiya aktı indiyədək 3 846 məhkuma tətbiq olunub

“Konstitusiya və Suverenlik İli” ilə bağlı elan edilən amnistiya 22 dekabrdan 7 yanvaradək 3 min 846 məhkuma tətbiq olunub. Ədliyyə Nazirliyinin məlumatına görə, onlardan 1 799 nəfər azadlıqdan məhrumetmə, 1 764 nəfər isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bir sıra məhkumların cəza müddətləri azaldılıb. Amnistiya aktının icrası davam etdirilir.