Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.01.2026 17:43

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək- Sərəncam

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon 500 min manat ayrılıb. Eyni zamanda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına, ölkədə fəaliyyət göstərən yəhudi dini icmalarına, Katolik Kilsəsinin Apostol Prefekturasına və Alban-Udi xristian dini icmasına, eləcə də digər qeyri-islam dini icmalarına hər biri üçün 400 min manat məbləğində maliyyə dəstəyi verilib.