Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.12.2025 11:45

Bakıda narkotik, qumbara və partladıcılar aşkar olunub

Bakıda qanunsuz narkotikə qarşı keçirilən əməliyyatla 27 yaşlı N.Şıxalıyev, 39 yaşlı N.Nəsibov və 26 yaşlı M.Mustafa saxlanılıb. Onlardan 27,7 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 100 ədəd metadon həbi aşkarlanıb. 
Bakının Binəqədi rayonunda döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcısı aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.