Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.12.2025 11:44
Hoteldə qalan şəxsin 23 min manatı oğurlanıb
Bakının Nizami rayonunda otellərin birində gecələyən şəxsin 23000 manatı oğurlanıb. Polisin keçirdiyi əməliyyatla oğurluq etməkdə şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov müəyyən edilərək saxlanılıblar. Saxlanılanların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 52
