Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.12.2025 11:39
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
Dekabrın 24–27-si aralığında Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı təşkil olunacaq. Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edəcək. Yarışın açılış mərasimi 25 dekabr saat 15.00-da baş tutacaq.
- Baxış: 24
