Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.12.2025 15:32

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib

Bu gün maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreyevanı səlahiyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Görüşdə Azərbaycan Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi müzakirə olunub. Nazir BMT ilə tərəfdaşlığın milli inkişaf və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində rolunu vurğulayıb. Vladanka Andreyeva isə əməkdaşlığa görə təşəkkür edib və bu tərəfdaşlığın davam etdiriləcəyini bildirib.