Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.12.2025 15:47

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib, yeni nizamnamə təsdiqlənib

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII qurultayı keçirilib. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər. Qurultayda AHİK-in 2018–2025-ci illər üzrə fəaliyyəti barədə hesabat dinlənilib, yeni Nizamnamə və gələcək fəaliyyət istiqamətləri təsdiqlənib. Son dövrdə yüz minlərlə üzvə sosial dəstək göstərilib, rəqəmsallaşma və sosial layihələr genişləndirilib. Qurultay müzakirələrdən sonra qərarların qəbulu ilə işini başa çatdırıb.