Prezident İlham Əliyev Ağdərədə gedən yenidənqurma işləri ilə tanış olub
Prezident İlham Əliyev yanvarın 13-də Ağdərənin Qozlukörpü kəndində "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib. "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verib. Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş "Qozlukörpü" Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir.
Daha sonra dövlət başçısı Ağdərə rayonunun Heyvalı və Çıldıran kəndlərində görülmüş işlərlə və Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.
- Baxış: 57
