Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.12.2025 13:53
Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb - DİN rəsmisi
Son dövrlər sosial şəbəkələr və mesajlaşma proqramları vasitəsilə narkotik vasitələrin satışı halları artıb. Bu barədə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Nadir Məmmədov deyib. O, qeyd edib ki, bu kimi əməliyyatlarda ödənişlər əsasən bank kartları və elektron hesablar vasitəsilə həyata keçirilir, təşkilatçılar çox zaman İran və Rusiya vətəndaşları olur. 2025-ci ilin 10 ayında 6 874 fakt üzrə 5 ton 1 373 kiloqram narkotik vasitə aşkarlanıb. Qurum rəsmisi bildirir ki, faktların sayı azalsa da, narkotik miqdarında artım müşahidə edilir.
- Baxış: 77
