Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.12.2025 13:51
Ramanada pirotexniki vasitələrin gizli satıldığı anbar aşkarlanıb
Bakının Ramana qəsəbəsində pirotexniki vasitələrin anbarda gizli şəkildə satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb. Ondan 803 qutu səs və 6372 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkar edilib. Ötən həftə polisin pirotexniki vasitələrin satışına qarşı həyata keçirilən tədbirlər zamanı 25 fakt aşkarlanıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
- Baxış: 47
