Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.01.2026 11:41

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Hazırda ölkə ərazisində güclü və arabir şiddətlənən külək, həmçinin müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Baş Dövlət Yol Polisi sürücüləri təhlükəsiz sürət rejiminə riayət etməyə, nəqliyyat vasitələri arasında məsafə saxlamağa, manevr və sürüşkən yollarda ehtiyatlı olmağa və işıqlandırma cihazlarından düzgün istifadə etməyə çağırır. Piyadalar və sürücülər xüsusilə piyada keçidləri, dayanacaqlar və yaşayış məntəqələrinə yaxın ərazilərdə diqqətli olmalıdır. Polis bütün yol iştirakçılarını qarşılıqlı hörmət və ehtiyatlılığa dəvət edir.