Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.12.2025 17:43

Azərbaycanla Ermənistan arasında anklav, eksklav məsələləri də öz həllini tapacaq

Azərbaycanla Ermənistan arasında anklav, eksklav məsələləri də öz həllini tapacaq. Azərbaycan-Ermənistan sərhədlərinin ümumilikdə 13 km-ə yaxın ərazisi delimitasiya olunub. Delimitasiya prosesi birdəfəlik deyil, hissə-hissə həyata keçiriləcək. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O deyib ki, sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP üzrə öhdəliklərin icrası mütləqdir. Hazırda ABŞ-dan olan nümayəndələr Ermənistanda danışıqlar aparır. Nazir həmçinin bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dəmir yolunun idarə olunması və onun gələcək istifadəsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. O bildirib ki, ümumilikdə Azərbaycanın dəmir yolu və infrastrukturu işğal zamanı Ermənistan tərəfindən məqsədli olaraq məhv edilib.