Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.12.2025 11:50

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO təyyarə qəzası ilə bağlı birgə rəy verib

AZAL-a məxsus “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırma davam edir. Araşdırma Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı, eləcə də Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə aparılır. Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb. Qazaxıstan tərəfi araşdırmanın yekun hesabatını növbəti mərhələdə ictimaiyyətə təqdim edəcək.