Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.12.2025 15:50
Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil
Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil.Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.Havaların kəskin soyuduğu qış ayları hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskin respirator virus imfeksiyalarının yayılması üçün əlverişli şərait hesab olunur.Viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri olan qrip virusunun spesifik profilaktikasını,ona qarşı vaksinasiya mütləqdir.Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və ödənişsizdir.
- Baxış: 88
