Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.12.2025 17:52
Azərbaycana 41 kq narkotik keçirən İran vətəndaşı saxlanılıb
Füzuli rayonu ərazisində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini təşkil edən daha bir İran vətəndaşı 32 yaşlı Ehsan Kakavend iş başında saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kq marixuana və 2988 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İranın Parsabad şəhərindən ölkəmizə qaçaqmalçılıq yolu ilə keçirdiyi və Füzuli rayonunda deyiləcək ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 35
