Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.01.2026 11:49
Qarlı və yağışlı havalarda sürücülər diqqətli olmalıdır
Payız-qış mövsümündə qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində avtomobillərin təkərlərinin mövsümə uyğun olmaması başlıca yer tutur. Qarlı, yağışlı havalarda su, qar və ya buzla örtülmüş yollarda avtomobil idarə etmək çətin və təhlükəlidir. Lakin burada sürücünün hazırlığı, təcrübəsi ilə yanaşı, avtomobilin təkərlərinin fəslə uyğun olub-olmaması, habelə şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğu həlledici rol oynayır.
Mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun olması mühüm şərtdir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürüçülərə ünvanlanan müraciyətdə qeyd olunur.
- Baxış: 60
