Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.01.2026 11:49
Masallıda mənzildən külli miqdarda pul və qızıl oğurlayan şəxs saxlanılıb
Masallıda naməlum şəxs mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 103
